Coffee Shops of Azerbaijan haqqında
Azərbaycanda kafe seçmək üçün estetik və faydalı bələdçi.
- 8K+ izləyici
- 120K+ aylıq baxış
- 143+ yoxlanılmış kafe
- 6 şəhər
Layihə
Coffee Shops of Azerbaijan şəxsi maraqdan yaranmış kafe kəşf platformasıdır. Məqsədimiz yalnız gözəl məkanları göstərmək deyil, həm də seçim etməyə kömək edən praktik məlumatları bir yerdə təqdim etməkdir.
Yaradıcı
Layihənin yaradıcısı Gülnardır. Əsas fəaliyyət sahəsi Frontend Development olsa da, qəhvə, yeni məkanlar və kontent yaratmaq onun şəxsi maraqları sırasındadır. Səhifədə və saytda gördüyünüz məzmunların böyük hissəsini özü hazırlayır: məkanları ziyarət edir, foto və videolar çəkir, məlumatları yoxlayır və rəyləri yazır.
Rəy meyarları
- Ünvan, park və metroya yaxınlıq
- Musiqi və atmosfer
- Qəhvənin dadı, keyfiyyəti və qiyməti
- İnternet sürəti
- İşləmək üçün rahatlıq
- Masa, stul və elektrik çıxışları
- Açıq hava və balkon
- Ev heyvanlarına icazə məlumatı
- İş saatları
Instagram-da hər gün yeni kafelər kəşf edin
Yeni açılan kafelər, estetik interyerlər, video rəylər və gizli məkanlar ilk olaraq Instagram səhifəmizdə paylaşılır.
- 8K+ izləyici
- 143+ yoxlanılmış kafe
- Hər həftə yeni məkanlar